Şimali Koreya hipersəs raketlərini sınaqdan keçiribbackend

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, oktyabrın 22-də Şimali Koreya müdafiə qabiliyyətinin inkişafı proqramı çərçivəsində iki yeni hipersəs raketini uğurla sınaqdan keçirib.

Məlumatda qeyd edilir ki, sınaq Raket İnkişafı Baş İdarəsi tərəfindən həyata keçirilib. Sözügedən buraxılışı Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin katibi Pak Conq-çon müşahidə edib.

KCNA-nın məlumatına görə, raket sınağı potensial düşmənin strateji qarşısının alınması üçün müdafiə imkanlarının inkişaf etdirilməsi planının bir hissəsidir.