Şimali Koreya lideri Kim Çen In nüvə silahı üçün materialların istehsalını artırmaq barədə göstəriş verib

Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialını artırmaq üçün silah tipli nüvə materiallarının istehsalının artırılmasına göstəriş verib.

“Partiya Mərkəzi Komitəsinin nüvə silahlarının sayını artırmaq planını tam şəkildə həyata keçirmək üçün gələcəkdə silah tipli nüvə materiallarının istehsalını genişləndirmək və güclü nüvə silahlarının istehsalının davam etdirilməsinə təkan vermək lazımdır” deyə Kim Çen İn bildirib.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər