Şimali Koreya lideri zəlzələ ilə bağlı Suriya prezidentinə başsağlığı veribbackend

Şimali Koreya lideri Kim Çen In Suriya prezidenti Bəşər Əsədə başsağlığı məktubu göndərib.

İctimai.az xəbər verir ki, o, müraciətin mətnində respublika ərazisində baş vermiş ölümlə nəticələnən zəlzələ ilə bağlı dəstək sözlərini bildirib. 

“Ölkənizin şimal-qərb hissəsində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə eşidən kimi KXDR hökuməti, onun xalqı adından və şəxsən öz adımdan Sizə başsağlığı vermək qərarına gəldim” deyə Kim Çen In Əsədə məktubda ​​bildirib.

Şimali Koreya lideri əmin olduğunu bildirib ki, Suriya rəhbəri və onun xalqı faciənin nəticələrini tez bir zamanda aradan qaldıra biləcəklər.

Mənbə: Gazeta.ru