Şimali Koreya heç vaxt nüvə potensialından əl çəkməyəcək. Bunu BMT-nin saytında canlı yayımlanan BMT Baş Assambleyasında çıxışı zamanı xarici işlər nazirinin müavini Kim Sonq Kyonq deyib.
“Şimali Koreyaya “denuklearizasiya” deyilən əməliyyatı məcbur etmək bizim öz suverenliyimizdən və mövcud olmaq hüququmuzdan imtina etməyi tələb etməyə bərabərdir. Bu, konstitusiyamızın pozulmasıdır. Biz heç vaxt nüvə potensialımızdan əl çəkməyəcəyik”, – nazir müavini deyib.