Şimali Koreya ölkəyə qarşı sanksiyaları ABŞ-ın boynunda ilgək adlandırıbbackend

ABŞ-ın Pxenyana qarşı sanksiyaları KXDR-in hərbi qüdrətini gücləndirməsinə gətirib çıxarır və bununla da Vaşinqton öz boynuna ilgədir. TASS xəbər verir ki, bu barədə KXDR xarici işlər nazirinin müavini Kim Eun Çol bildirib.

“Məhz Koreya yarımadasında sanksiyalar ABŞ-ın boynuna ilgək kimi xidmət edir. < ABŞ-ın BMT-də hər dəfə yeni sanksiya qətnamələri uydurması KXDR-in daha güclü nüvə sınağı ilə nəticələndi”, – diplomat bildirib. Onun sözlərinə görə, ABŞ digər dövlətlərin ağalığına və tabeliyinə həddən artıq önəm verir, sanksiyalardan diplomatik vasitə kimi istifadə etməyə üstünlük verir.

Kimin sözlərinə görə, Pxenyanın öz nüvə silahına sahib olmasının əsas səbəbi ABŞ-dan gələn nüvə təhlükəsi olub.

Mənbə: TASS