Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ, Yaponiya və Cənubi Koreyanı “təhlükəli xətti” keçməkdə ittiham edibbackend

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyi ABŞ, Yaponiya və Cənubi Koreyanın dözülməməsi lazım olan “təhlükəli xətti” keçdiyini bildirib.

Bu barədə “Reuters” məlumat yayıb.

Şimali Koreya hakimiyyəti öz bəyanatında ABŞ-ı beynəlxalq silahlara nəzarət sistemini məhv etməkdə də ittiham edib.

Bundan əlavə, Pxenyan özünün nüvə silahının yaradılmasını regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş cavab tədbirləri adlandırıb.

Mənbə: Reuters

İctimai.az