Yonhap xəbər agentliyi Cənubi Koreyanın hərbi rəsmilərinə istinadən xəbər verir ki, Şimali Koreya ABŞ-ın sanksiyalarına etiraz olaraq 16 gün ərzində ilk dəfə olaraq Yapon dənizinə ballistik raket atıb.
“Şimali Koreya Şərq dənizinə naməlum ballistik raket atıb”, – Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatında deyilir.
Agentlik qeyd edir ki, bu, Şimali Koreyanın oktyabrın 22-dən bu yana ilk, bu il isə yeddinci ballistik raket buraxılışıdır. Bu həm də Li Jae-myung administrasiyasının inauqurasiyasından sonra ikinci buraxılışdır.
Yonhap bunu ABŞ hökumətinin Pxenyana qarşı tətbiq etdiyi son sanksiyalara cavab reaksiyası kimi qiymətləndirir.














