Şimali Koreyanın Hvason-18 raketini buraxmasından sonra Cənubi Koreya və ABŞ birgə aviasiya təlimləri keçirir

Şimali Koreyanın “Hvason-18” qitələrarası ballistik raketini (ICBM) buraxmasından sonra Cənubi Koreya və ABŞ birgə aviasiya təlimləri keçirib.

Bu barədə Koreya Respublikası Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Təlimlərdə ən azı bir B-52H strateji bombardmançı təyyarəsi, o cümlədən Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus F-35A və F-15K qırıcıları və Amerikanın F-16-larının iştirak etdiyi bildirilir.

Təlimlərin Koreya yarımadasının hansı hissəsində keçirildiyi barədə məlumat verilmir.

Mənbə: Reuters

İctimai.az

Oxşar xəbərlər