Mövcud beynəlxalq siyasi vəziyyət və təhdidlər KXDR-dən “nüvə cavab zərbəsi”nə hazırlaşmağı tələb edir.
TASS xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Çoi Sonq-hi Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
“Mövcud mühit, eləcə də gələcək təhdidlər və çağırışlar bizdən müasir strateji nüvə silahlarımızı, hücum xarakterli nüvə silahlarımızı gücləndirməyi və nüvə cavab hazırlığımızı yaxşılaşdırmağı həmişəkindən daha çox tələb edir”, o vurğulayıb.
Bundan əvvəl Çoi Sonq Hui bəyan etmişdi ki, KXDR Rusiya ordusuna və rus xalqına “müqəddəs müharibədə” kömək edəcək. KXDR XİN rəhbərinin sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının ilk günlərindən KXDR lideri Kim Çen In “müqəddəs müharibədə Rusiya ordusuna və rus xalqına güclü dəstək və köməklik göstərmək barədə göstəriş verib.”