Şimali Koreyaya məxsus ballistik raketin hissələri Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Sarı dəniz, Şərqi Çin dənizi və Sakit okeana düşüb.
Bu barədə TASS Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Hərbi idarənin nümayəndəsi Kimi Onodanın sözlərinə görə, raketin iki hissəsi ölkənin eksklüziv iqtisadi zonasından kənarda Sarı və Şərqi Çin dənizlərinə düşüb. Okinava və Miyako adaları arasında uçan üçüncü hissə Filippindən 600 kilometr şərqdə, həmçinin Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda yerləşən əraziyə düşdü.
Bundan əvvəl Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, Yaponiya növbəti raket buraxılışı ilə əlaqədar Şimali Koreyaya etiraz edib. O, raketin buraxılışının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq həyata keçirildiyini vurğulayıb və bu məsələ ilə bağlı Yaponiya Milli Təhlükəsizlik Şurasının iclasını elan edib.
Mənbə: TASS

