Sintetik parçalardan (spandeks, neylon və polyester) hazırlanmış tekstillər Staphylococcus aureus kimi zərərli, ekzema yaradan bakteriyaların daha tez çoxalmasına şərait yaradır. Bu barədə ABŞ-dan olan allerqoloq və immunoloq Yan Mayls “The Conversation”a danışıb.
Mütəxəssis izah etdi ki, fabriklərin, böyük yolların və ya meşə yanğınlarının yaxınlığında yaşamaq ekzemanın inkişafında əsas amillərdən biridir. Bu, iltihablı, müxtəlif səpgilər və müxtəlif intensivlikdə qaşınma ilə müşayiət olunan xroniki, təkrarlanan allergik dəri xəstəliyidir.
Ətraf mühitə mənfi təsirlər evdə siqaret çəkmə və boya, plastik məhsullar və ya spandeks, neylon və polyester kimi sintetik materiallardan istifadə etməklə də baş verə bilər.
Mənbə: Gazeta.ru