Şirvan Təhsil Sektoruna yeni TƏYİNATbackend

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər Təhsil Sektoruna yeni müdir təyinatı olub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Müvafiq əmrlə bu vəzifəyə Varis Qasımlı təyin olunub.

Qeyd edək ki, V.Qasımlı bu təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsində aparıcı məsləhətçi çalışıb.