Şirvanda azyaşlının ölümü barədə TƏBİB-dən açıqlamabackend

Sabirabad sakini olan 2 yaşlı uşaq dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma səbəbindən vəfat edib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb”, – deyə məlumatda qeyd olunub.