Siyəzəndə avtobus aşdı: Yaralılar var

Baş Dövlət Yol Polisi İdarəsi Siyəzən rayonunda avtobusun aşması ilə bağlı açıqlama verib.

İdarənin İctimai Qurumlarla Əlaqə Şöbəsindən  bildirilib ki, bu gün 08:10 radələrində Bakı-Quba yolunun Zarat kəndi ərazisindən keçən hissəsində avtobus sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.

“Baş verən hadisə zamanı avtobusda 18 nəfər olub. Onlardan 12 nəfərə ilkin tibbi yardım edilib”.

Oxşar xəbərlər