Skaloni Argentina ilə müqaviləsini 2026-cı ilə qədər uzadıbbackend

Futbol üzrə Argentina milli komandası baş məşqçi Lionel Skaloni ilə müqaviləni uzadıb.

Bu barədə milli komandanın “Twitter” hesabında məlumat verilib.

Yeni müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Skaloni 2017-ci ildən Argentina yığmasında çıxış edir.

O, millidəki karyerasına Xorxe Sampaolinin köməkçisi kimi başlayıb, 2018-ci ildə isə milliyə rəhbərlik edib.

Onun rəhbərliyi altında Argentina millisi Copa America və Dünya Kubokunu qazandı.

Mənbə: GOAL

İctimai.az