Slovakiya Parlamenti iki gender müddəasını – kişi və qadın – ölkə konstitusiyasında təsbit etdi.
Bu barədə Markiza televiziyası məlumat yayıb.
Müxalifət partiyalarının əksər nümayəndələri səsvermədə iştirak etməyiblər. Konstitusiya dəyişiklikləri minimum sayda deputatın – 150 deputatdan 90-nın dəstəyi ilə qəbul edilib.
Yanvar ayında Slovakiyanın Baş naziri Robert Fiko konstitusiyada yalnız iki cinsin – kişi və qadının tanınması haqqında müddəanın təsbit edilməsi planlarını açıqladı. O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp da oxşar təşəbbüslə çıxış edib. Slovakiyanın baş nazirinin sözlərinə görə, bu qərar “sağlam düşüncəyə qayıdış” deməkdir.