Slovakiya Avropa İttifaqı çərçivəsində Macarıstan və Çexiya ilə anti-Ukrayna blokunun yaradılması ideyasını dəstəkləyir.
Bu barədə müsahibəsində Slovakiyanın hakim “Smer” partiyasının sədr müavini Luboş Blaha bildirib.
Onun fikrincə, Aİ-nin “hələ də sağlam düşüncələrini qoruyan” siyasətçilərin birgə hərəkəti nəinki mümkün, həm də ehtimaldır.
“Avropanın onilliklərdən sonra yenidən hamımızı müharibəyə, tənəzzülə və xaosa aparan kollektiv çılğınlığa bürünməsinə baxmayaraq” dedi Blaha.














