Aktuality-yə istinadən xəbər verir ki, Slovakiya Prokurorluğu əvvəlki hökumətin qərarlarında qanun pozuntusuna dair heç bir sübut tapmadan MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsinin qanuniliyi ilə bağlı araşdırmanı yekunlaşdırıb.
“Daxili işlər naziri Matus Şutaj-Eştok tərəfindən yaradılan “Darca” xüsusi təyinatlı dəstəsi artıq uzun müddətdir baş nazir Robert Fiko hökumətinin nümayəndələri tərəfindən tənqid olunan MiQ-29 qırıcı təyyarələrinin və KUB hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsini araşdırmır”, – deyə məlumatda bildirilir.
Nəşrin yazdığına görə, prokurorluq Slovakiyanın Kiyevə göstərdiyi yardım nəticəsində zərər çəkdiyini sübut edə bilməyib. Bundan başqa, keçmiş hakimiyyətin hərəkətlərində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına rast gəlinməyib.














