“Pravda” portalının məlumatına görə, Slovakiya hökuməti ölkədə neft çatışmazlığı səbəbindən böhran elan edib.
“Slovakiya hökuməti Dövlət Material Ehtiyatları İdarəsinin təklifi ilə neft çatışmazlığı elan edib”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Çexiyanın Ukrayna ərazisindən neft tədarükünün dayandırılması fonunda Slovakiyaya “Drujba” boru kəməri ilə az miqdarda neft təklif etdiyi bildirilirdi. Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek bu məsələni Bratislavada Slovakiyanın Baş naziri Robert Fiko ilə müzakirə edib.











