Slovakiya və Ukrayna hökumətlərinin payızda birgə iclası keçiriləcəkbackend

Slovakiyanın baş naziri Robert Fiko və Ukrayna Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqal arasında telefon danışığı olub, tərəflər payızda Ukraynada hökumətlərin birgə iclasının keçirilməsi barədə razılığa gəliblər.

Şmıqal bu barədə öz Telegram kanalında məlumat verib.

“Biz bu ilin aprelində hökumətlərarası məsləhətləşmələr zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə etdik. Bu istiqamətdə ciddi irəliləyiş var. Biz hökumətlərin üçüncü birgə iclasını payızda Ukraynada keçirmək barədə razılığa gəldik”, o yazıb.

Bundan əvvəl Slovakiya prezidenti Peter Pelleqrini bildirib ki, Robert Fiko hökumətinin təmkinliliyi ilə ölkənin mediada imicinə baxmayaraq, Bratislava Ukraynaya kömək etməkdə böyük işlər görür.

Mənbə: Sputnik