Slovakiyanın Roznava yaxınlığında iki qatar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 20 nəfər xəsarət alıb.
“Hadisə yerində Vahid Xilasetmə Sisteminin bütün bölmələri işləyir. Polis hadisə yerində təhlükəsizliyi təmin edir, xilasetmə xidmətlərinin işini əlaqələndirir, yaxın ərazidə nəqliyyatın hərəkətini idarə edir”, – məlumatda deyilir.
Hazırda xəsarətlərin miqyası məlum deyil.