Slovakiyada təxminən 100 illik Mercedes-Benz ibadətgahının divarına çırpıldıbackend

Slovakiyada 1929-cu il istehsalı olan köhnə “Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarəetməni itirib, metal hasarı yıxıb və kilsənin divarına çırpılıb.

Bu barədə noviny.sk saytı məlumat yayıb.

Qəza cümə günü, iyulun 18-də Rajec şəhərində baş verib. Orada Elegance Tour Slovakia vintage avtomobil yürüşü keçirilirdi.

“Hadisə zamanı lüks retro avtomobildə iki nəfər olub. Onlardan biri xəsarət alıb və onlara yerindəcə tibbi yardım göstərilib. Yanğınsöndürənlər zədələnmiş avtomobili mühafizə edib və yanğınsöndürmə tədbirləri həyata keçiriblər. Qəza istismar mayelərinin sızması ilə müşayiət olunub və yanğınsöndürənlər onu yolun hərəkət hissəsindən çıxarıblar”, – nəşr qeyd edir.