Avropa İttifaqı sanksiya siyasətini davam etdirmək və zəiflik nümayiş etdirmək əvəzinə, Rusiya Federasiyası ilə danışıqlara başlamaqla gücünü nümayiş etdirəcək. RİA Novosti xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko Slavkov Formatının (Avstriya, Slovakiya və Çexiya) iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Avropa İttifaqı olaraq Rusiya ilə danışıqlar aparmaqla, onları inandırmaqla gücümüzü nümayiş etdirmək əvəzinə, biz bu məsələdə güclü olduğumuzu düşünərək qapalı qapılar arxasında 20-ci sanksiya paketini qəbul edirik”, – deyə o bildirib.















