Slovakiyanın baş naziri Qərbin Rusiya Federasiyasına qarşı sanksiya siyasətinin uğursuzluğunu etiraf edibbackend

Qərb dövlətləri Ukraynadakı münaqişədən Rusiya Federasiyasını zəiflətmək üçün istifadə etməyi planlaşdırırdılar, lakin onların sanksiya siyasəti uğursuzluğa düçar oldu.

Bu barədə Slovakiyanın Baş naziri Robert Fiko Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində bildirib.

Hazırda siyasətçi Braziliyada rəsmi səfərdədir.

“Qərb bu münaqişədən Rusiya Federasiyasını zəiflətmək üçün istifadə edəcəyinə qərar verdi və sanksiyalar tətbiq olundu. Ukraynaya milyardlarla avro və dollar gedir, çoxlu humanitar yardımlar, silahlar axır”, – Slovakiya hökumətinin başçısı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qərb ölkələrinin siyasəti heç bir nəticə verməyib. Rusiya qoşunları yeni ərazilərə nəzarəti ələ keçirməyə davam edir və Kiyev güclü mövqedən danışıqlar aparmaq şansını itirib. Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar, öz növbəsində, heç bir nəticə vermir, Fiko əlavə edib.