Slovakiyanın baş naziri Robert Fiko ukraynalı həmkarı Denis Şmıqalla görüşü zamanı NATO-da Kiyevə mənfi münasibət bildirsə də, respublikanın Avropa İttifaqına daxil olmaq istəklərini dəstəkləyəcəyini vəd edib.
Fiko vurğulayıb ki, Slovakiya 100% Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir, lakin NATO üzvlüyünə “soyuq baxılır”.
“Açığını deyim ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsinə soyuq münasibətimiz var, lakin Aİ ilə bağlı biz sizi 100% dəstəkləyirik. Üzvlüyünüz bizim üçün vacib və dəyərli olacaq” dedi.
Baş nazirin sözlərinə görə, Ukraynanın siyasi birliyə üzvlüyünə mane olacaq Aİ ölkələri var. Fiko əmindir ki, Slovakiya bu ölkələrdən biri olmayacaq.
Mənbə: A Haber














