Slovakiyanın baş nazirinə sui-qəsddən 4 ay sonra zərfdə güllə göndərilibbackend

Slovakiya Nazirlər Kabinetinin ofisinin əməkdaşları içərisində güllə olan zərf alıblar. Bu barədə Teraz portalı yazır.

Jurnalistlərin məlumatına görə, bağlama respublika hökumətinin başçısı Robert Fikoya ünvanlanıb.

Ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinin verdiyi məlumata görə, ofis işçiləri gülləni səhər poçt yoxlaması zamanı aşkar ediblər. Səlahiyyətlilər və hüquq-mühafizə orqanları hələ də zərfin göndəricisini müəyyən edə bilməyiblər.

Mənbə: A Haber