Slovakiyanın “Transpetrol” boru kəməri operatoru Drujba vasitəsilə Slovakiyaya neft axınının bərpa olunduğunu bildirib.
Şirkətin müvafiq bəyanatı Slovakiyanın Denník N nəşrinə istinadən xəbər verir.
“Bizim məlumatlara görə, “Drujba” neft kəmərində texniki nasazlıqlar aradan qaldırıldıqdan sonra Slovakiyadan kənarda yerləşən hissədə bizə tərəf neftin vurulması bərpa edilib”, – operator bildirib.
O əlavə edib ki, martın 12-də axşam saatlarında respublikaya yanacağın gəlməsi gözlənilir.