Sloveniya bu il müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq niyyətindədir.
Bu barədə Bloomberg agentliyi ölkənin baş naziri Robert Qolobun ofisinin elektron poçtuna istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ölkə rəhbərliyi 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 3%-nə çatdırmaq üçün artırmağı planlaşdırır.
Agentlik qeyd edir ki, bu qərar NATO-ya üzv dövlətlərdən təhlükəsizliyə sərmayə qoymağı tələb edən ABŞ-ın təzyiqi fonunda qəbul edilib.
Müdafiə xərclərinin artırılması təklifi Sloveniya parlamenti tərəfindən təsdiqlənməlidir, burada Bloomberg-in məlumatına görə, təşəbbüslə bağlı artıq şübhələr yaranıb.