Sloveniyanın baş naziri Robert Qolob Rusiya və Ukrayna arasında Ukrayna münaqişəsinin həlli üzrə birbaşa danışıqların ölkəsinin ərazisində aparılmasını təklif edib.
TASS xəbər verir ki, baş nazirin sözlərini Sloveniya hökumətinin mətbuat xidməti sitat gətirib.
Siyasətçi qeyd edib ki, Moskva və Kiyev Sloveniya dövlətinin 1991-ci ildə müstəqillik əldə etdikdən sonra həyata keçirdiyi xarici siyasətin sülhə sadiqliyi ruhunda onun ərazisində sülh danışıqları aparmaq dəvətini qəbul etsələr, Sloveniya bundan şərəf duyacaq.
Qolob həmçinin Sloveniyada danışıqlar aparmaq imkanını Rusiya prezidenti Vladimir Putinlə Amerika prezidenti Corc Buş arasında 2001-ci ildə Sloveniyada baş tutan ilk görüşlə müqayisə edib.