Rusiya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis baş məşqçi Leonid Slutskini Çinin “Şanxay Şenxua” klubuna təyin olunması münasibətilə təbrik edib. Bu barədə o, “Sport Express”ə məlumat verib.
“Mən Slutskini bu təyinat münasibətilə təbrik edirəm. Arzu edirəm ki, onun şousunda və ondan əvvəl Rubində olduğu kimi özünü biabır etməsin. İstərdim ki, karyerasını orada canlandırsın. İngiltərədə onun üçün heç bir nəticə vermədi, ümid edirəm ki, nəticə çıxardı. İndi çox şey xaricdəki istənilən rusiyalı məşqçidən asılıdır. Slutski orada ölkəmizi təmsil edir. O, göstərməlidir ki, məşqçilərimizi xaricə işləməyə dəvət etmək olar”, – deyə eks-futbolçu bildirib.
Mütəxəssis 2024-cü il yanvarın 1-də işə başlayacaq. Lakin rusiyalı çalışdırıcı ilə müqavilənin şərtləri dəqiqləşdirilməyib.
Mənbə: Sport Express











