SOCAR-dan yanacaqla bağlı AÇIQLAMAbackend

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir.

“Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”, – deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb.

Bu gün səhər saatlarında SOCAR brendli yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edən, “SOCAR”ın törəmə şirkəti olan “SOCAR Petroleum” QSC-dən də yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət olmadığı bildirilmişdi.

İctimai.az