Soçidə qatarların hərəkəti relslərdə ağacların aşması səbəbindən gecikibbackend

Fırtınanın yaratdığı pis hava səbəbindən Soçidə ağaclar dəmiryol relslərinə aşıb.

Bu, sərnişin qatarlarının ləngiməsinə səbəb olub, “Sochi Emergency” Telegram kanalı Krasnodar diyarının operativ qərargahına istinadən yazır.

Ağacların dəmir yolu relslərinin təmas xəttinə aşdığı dəqiqləşdirilir. Bununla əlaqədar hadisə yerinə Rusiya Dəmir Yollarının təmir-bərpa qrupları göndərilib.

Qeyd olunur ki, Soçi hava limanı “faktiki hava şəraitindən asılı olaraq fəaliyyətini davam etdirir”. Aviaşirkətlərin qərarı ilə bəzi reyslər Mineralnıye Vodıya yönləndirilib.

Mənbə: Gazeta.ru