Solomon adalarında “dağıdıcı” zəlzələ baş veribbackend

Solomon dənizindəki Solomon adalarında 6,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə “İnterfaks” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadən məlumat yayıb.

Əməliyyat məlumatlarına əsasən, qeydə alınan zəlzələnin episentri Solomon adalarının paytaxtından 700 km şərqdə, Quadalkanal adasındakı Honiara şəhərindən və Nendo adasından təxminən 103 km cənubda yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.