Almaniya kansleri Olaf Şolz ARD televiziyasına müsahibəsində ölkənin Ukraynanı dəstəkləməkdə tutduğu siyasi kursdan “çox fəxr etdiyini” bildirib.
“Mən çox qürur duyuram ki, biz Ukraynaya ən böyük yardım donoru ola bilmişik və eyni zamanda qərarların qəbulunda eskalasiyaya səbəb olacaq səhvlərdən qaçmışıq”.
Scholz Kiyevlə bağlı siyasətini “ağıllı balans” kimi xarakterizə etdi.
Kansler qarşıdan gələn parlament seçkilərində onun əsas rəqibi olan Xristian Demokratik İttifaqının (CDU) lideri Fridrix Merzin Ukrayna və Polşaya son səfərlərini də müsbət qiymətləndirib.