Şolz beynəlxalq münasibətlərdə “getdikcə daha sərt külək”dən danışdıbackend

Almaniya kansleri Olaf Şolz beynəlxalq münasibətlərdə küləklərin getdikcə daha sərtləşdiyini bildirib. Bu barədə Reuters xəbər verir.

Kansler Braziliyada keçirilən G20 sammitində qəbul edilən yekun kommünike ilə bağlı fikirlərini belə ifadə edib. Şolz təəssüflə bildirib ki, sənəddə İsrailin özünümüdafiə hüququ və Yaxın Şərqdə gərginliyin artmasına görə Həmas-ın məsuliyyəti məsələsi ilə bağlı mövqelər aydın göstərilməyib.

Kansler yekun bəyanatda Rusiyanın Ukrayna münaqişəsindəki rolunu adekvat şəkildə əks etdirməməsindən də narazılığını bildirib.