Almaniyanın keçmiş kansleri Olaf Şolz “Kaffee und Fluchen” podkastında Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarının tonu mehriban olduğunu bildirib.
O bildirib ki, Ukraynada münaqişə başlayandan sonra rusiyalı həmkarı ilə “çox ətraflı” və dəfələrlə telefonla danışıb. O, onların son söhbətinin ötən il baş tutduğunu desə də, dəqiq vaxtı açıqlamayıb.
Şolz qeyd edib ki, söhbətlərin ahəngdarlığı həmişə dostluq xarakteri daşıyır. Keçmiş kansler vurğulayıb ki, Ukraynada xüsusi əməliyyatın başlanması Rusiya üçün “kortəbii qərar” deyil.