Şolz sülh üçün nə etməyə hazır olduğunu Zelenskidən öyrənmək istəyirbackend

Almaniya kansleri Olaf Şolz Kiyevə səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskidən Ukraynada sülhə nail olmaq üçün nə etməyə hazır olduğunu öyrənmək niyyətindədir.

Bu barədə “Bild” alman siyasətçiyə yaxın mənbələrə istinadən yazır.

Mənbələrə görə, “Scholz Zelenskinin nə etməyə hazır olduğunu bilmək istəyir”.

“Onun məqsədi məxfi dialoq zamanı prezident Zelenskidən vəziyyətlə bağlı onun qiymətləndirməsini öyrənməkdir. O və ölkəsi nəyə hazırdır”, – “Bild” yazır.

Qeyd olunur ki, Bundestaq seçkiləri öncəsi Şolz aydın siqnal vermək istəyir: “Mən kanslerəm, dünyada danışıqlar aparıram”.