Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə yenidən telefon danışığı aparmağı planlaşdırır. Bu barədə “Die Zeit” qəzeti yazır.
“Şolz bunu yenidən etmək istəyir”, – nəşr yazıb.
Alman qəzetinin yazdığına görə, Şolzun noyabrda Putinə zəng etməsi bəzi Avropa ölkələrini “qəzəbləndirib”.
Noyabrın ortalarında Şolz və Putin arasında təxminən iki ildən sonra ilk telefon danışığı olub. Almaniya hökuməti bildirib ki, söhbət zamanı kansler Rusiya dövlət başçısını “ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün” Ukrayna ilə danışıqlar aparmağa çağırıb.















