Somali prezidenti Mahmud Rusiya-Afrika sammitində iştirak edəcəkbackend

Somali prezidenti Həsən Şeyx Mahmud Sankt-Peterburqda keçiriləcək ikinci Rusiya-Afrika sammitində iştirak edəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz Somalili dostlara Somali prezidenti cənab Həsən Şeyx Mahmudun bu tədbirdə şəxsən iştirak etmək qərarına görə minnətdarıq”, – Lavrov somalili həmkarı ilə görüşdən sonra deyib.