Somalidə futbol üzrə Avropa çempionatının yayımlandığı kafenin yaxınlığında avtomobil partlayıbbackend

Somalinin paytaxtı Moqadişoda azarkeşlərin futbol üzrə Avropa çempionatının final matçını izlədiyi “Top Coffee” kafesinin yaxınlığında terrorçu avtomobili partladıb.

Bu barədə Somalinin “Shabelle Media Network” televiziya və radio şirkəti məlumat yayıb.

Hadisə iyulun 14-də axşam saatlarında baş verib. Partlayış o qədər güclü olub ki, ətrafdakı evlərin şüşələri qırılıb. Terror aktı nəticəsində müəssisəyə gələn bir neçə ziyarətçi yaralanıb. Binanın özü qismən dağılıb.

Mayın sonunda Moskvanın mərkəzindəki Sretenkadakı kafenin verandasında qaz-hava qarışığının partlaması baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Nə qədər insanın xəsarət aldığı barədə məlumat verilmir.

Mənbə: A Haber