Son dəqiqə: Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda 583 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Operativ Qərargahın brifinqində məlumat verilib.

395 nəfər xəstə sağalaraq evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7137 koronavirus testi aparılıb.

İctimai.az