Son dəqiqə: Azərbaycanda Polkovnik-leytenant koronavirusdan vəfat etdibackend

Daxili İşlər Nazirliyinin koronavirusla mübarizə tədbirlərində iştirak edən daha bir vəzifəli əməkdaşı virusa yoluxaraq vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı şəhər qarnizonunda xidmət edən 53 yaşlı polis polkovnik-leytenantı dünən koronavirus səbəbindən dünyasını dəyişib.

Bununla da DİN-in koronavirusa yoluxaraq vəfat edən əməkdaşlarının sayı 4-ə çatıb.

İctimai.az