Son dəqiqə: Azərbaycanda sabiq nazir döyüldü – Fotobackend

Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyev döyülüb. 

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən fotolar sosial şəbəkədə yayılıb.

R.Qazıyev insident zamanı başından ağır xəsarət alıb. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı hələlik məlumat yoxdur.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev  “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Rəhim Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı CM-nin 221.1-ci maddəsi ilə Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanıb:

“Faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdrımalar davam etdirilir”.

Xatırladaq ki, Rəhim Qazıyev cari ilin fevralında keçmiş kürəkəni Ramiz Əzizov tərəfindən döyülmüşdü. Həmin vaxt səslənən iddiaya əsasən, Qazıyevin qızı Şəbnəm boşanma qərarı verəndən sonra R.Əzizov ailə üzvlərini narahat etməyə başlayıb. O, daha əvvəl R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib, eyni zamanda Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb.

İctimai.az