Son dəqiqə: Azərbaycanda SMS icazə bərpa olunur, bu müəssisələr bağlanırbackend

İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək. Bununla bağlı növbəti brifinqdə ətraflı məlumat veriləcək”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib. O bildirib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər. Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları bağlanır, muzey və sərgi salonları bağlanır. Açıq havada idman oyunları qadağan edilir.

İctimai.az