Son dəqiqə: Koronavirusa yoluxan icra başçısının müavini vəfat etdibackend

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib.

O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib: “Edilən müalicələrə baxmayaraq, gecə saat 01:45-də dünyasını dəyişdi”.

İctimai.az