Son dəqiqə: Sumqayıtda binada uçqun olub, dağıntılar altında qalanlar var – FOTObackend

Sumqayıtda binanın giriş hissəsinin uçması nəticəsində 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar. 

“Report” xəbər verir ki, hadisə zamanı dağıntılar altında daha üç nəfərin qaldığı bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib və hazırda təxliyə işləri aparılır.

Bildirilir ki, ərazidən dördü azyaşlı olmaqla, beş nəfər təxliyyə olunub.

Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib.

İctimai.az