Yaponiyanın Sony şirkəti 4K displeyli, Snapdragon 8 Gen 2 çipi və Zeiss optikalı kameralı Xperia 1 V flaqman smartfonunu təqdim edib. Bu barədə iXBT portalı məlumat yayıb.
Yenilik 4K təsvir ölçüsünə və 120 Hz-ə qədər yeniləmə tezliyinə malik 6,5 düymlük OLED ekranla təchiz edilib. Ekran Gorilla Glass Victus 2 temperli şüşə ilə qorunur.Həmçinin cihazın geniş “çənəsi” və 12 meqapiksellik ön kamerası olan üst çərçivəyə malik olduğu qeyd edilir.
Sony Xperia 1 V Snapdragon 8 Gen 2 çipset, 12 GB RAM və 256 GB daxili yaddaşla təchiz edilmişdir. Cihaz microSD yaddaş kartlarını da dəstəkləyir.















