“Sosial işdə müvəkkillik və lobbiçilik” mövzusunda təlim keçirilmişdir

18 aprel 2024-cü il tarixində Sosial İş Məktəbinin və “Əlilliyə erkən yardım Portec şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Sosial xidmət meneceri” təlim proqramı çərçivəsində  sosial xidmət sahəsində fəaliyyət göstərən menecerlər üçün “Əlilliyə erkən yardım Portec şəbəkəsi” təşkilatının sədri  Gülnarə Pənahova tərəfindən “Sosial işdə müvəkkillik və lobbiçilik” mövzusunda təlim keçirilmişdir.

Təlimdə həssas təbəqədən olan insanlar üçün sosial xidmətlərin yaranmasında sosial işçilərin rolu barədə məlumat verilmiş, benefisiarların adları dəyişilməklə, real keyslər üzərindən müzakirələr aparılmış, həssas təbəqədən olan insanların ehtiyacları müəyyən edilmişdir.

Ehtiyaclara uyğun sosial xidmətlərin olmadığı halda sosial işçilərin necə müdaxilə edə biləcəyi və bunun üçün sosial işçilərin hansı keyfiyyətlərə, bilik və bacarıqlara malik olması haqda iştirakçılara məlumat verildi.

Oxşar xəbərlər