Sosial şəbəkədə azyaşlının qeyri-etik görüntüsünü yayan qadın uşağın anası imişbackend

Sosial şəbəkələrdə azyaşlı ilə qadının qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.

APA xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və o, saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, görüntülərdə əks olunan qadının 56, azyaşlının 8 yaşı var. Azyaşlı onun övladıdır. Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam edir.

DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.