Sosial şəbəkələrdə Rəşad Dağlının oğlunun adından pul yığılırbackend

İskəndər Mehtiyevi qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta Instaqram hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.

APA xəbər verir ki, bu barədə meyxanaçının və oğlu Yusifin “Instaqram” səhifələrində məlumat paylaşılıb.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.